Bu sənədlə bildirmək istərdik ki, keçirilməsi Braziliyanın San Paulo şəhərində 8 -11 oktyabr tarixində nəzərdə tutulan 10-cu DNC-ın finalı təxirə salınmışdır.
Diqqətlə müzakirə edildikdən sonra bu qərar A H1N1 pandemik qripdə qlobal inkişaf ilə əlaqələndirilir.
Baxmayaraq ki, uşaqları naümid etmək çətindir, Danone Nations Cup-da iştirak edən uşaqların təhlükəsizliyi və xoş rifahı Danone üçün tam imtyazdır. Il boyu ilkin olaraq milli yarışlar ilə idman hadisələrində uşaqların cəlb olunmasından tam xəbərdarıq və xüsusilə də, onların Dünya kuboklarında iştirakının onlar üçün nə qədər vacib olduğunu bilirik.
Həmçinin valideynlərin və bu yarışların xüsusi bir arzu olacaq ortaqların naümid qalmasını başa düşürük.
Bu yarışların bir yuxu olduğunu bilərək ortaqlar və uşaqlarımızın adından onların öhdəliyi ən yaxşı hallarda 2010-cu ildə Dünya Kubokunu təşkil etməkdir.
Ona görə də, Danone Nations Cup-ın Dünya Finalı ləğv edilməmiş, 2010-cu ilə qədər təxirə salınmışdır. Belə ki, övladınız idman və insani macaralar yaşayacaqlar.
Bu sadəcə təxirə salmadır, ona görə də Fultbol Dünya Kubokunun ili2010-cu ildə bizə qoşulun.
Tezliklə, sizə DNC-ın internet səhifəsində yeni tarix barədə xəbərdarlıq verəcəyik.
Çempion "İNTER" oldu Nəhayət uzun muddətdir gozlədiyimiz Danone Beynəlxalq Kubokunun Azərbaycan üzrə Final mərhələsi gəlib çatdı.Demək olar ki, respublkamızın bütün bölgələri öz 11-12 yaşlılardan ibarət seçmə komandalarıyla təmsil olunurdular. Bu mərhələdə «Bakı», «İnter», «Simurq», «Qəbələ», «Neftçi», «Karvan», «Olimpik», «Qarabağ», «Turan», «Xəzər-Lənkəran», «Standard», «Muğan», «Şərur», «Pambıqçı», «Təhsil», «Toxucu», «İmişli», UGİM, RİOEUGİM, «Xudafərin«, «Xəzər-92», «Olimpiya məktəbi» və «Neftçi» İSM komandaları mübarizə aparırdılar.Komandalar püşkatmanın nəticələrinə uyğun olaraq 6 qrupda mübarizə aparırdılar.
Gərgin və məhsuldar keçən oyunlardan sonra 8 komanda («Neftçi İSM», «İnter», «Xəzər-92», «Qəbələ», «Şərur», «Təhsil», «Neftçi», «MKT-Araz») dörddə bir finala vəsiqə qazandılar. Yarım finalda «İnter», «Xəzər 92»-lə «Şərur» «MKT Araz»-la qarşılaşdı və qızğın mübarizədən sonra «İnter» və «MKT Araz» komandaları finala çıxdılar.Oyunun əsas hissəsində, 2-2 bərabərə qalaraq oyunun nəticəsini penaltilərlə müəyyənləşdirməli oldular.Və nəhayət hət iki qapıya 8 top zərbəsindən sonra hesab 8-7 «İnterin» qələbəsi ilə başa çatdı. Hər iki komanda da istər fiziki cəhətdən, istər texniki və taktiki cəhətdən oyuna tam hazır idi. Lakin «İnterin» meydan üstünluyü və ən əsası isə axırıncı dəqiqələrə qədər inamlı oyunu ona Braziliya qapılarını açdı.
Biz də Danone-turnirin əsas təşkilatçısı – olaraq bütün iştirak edən komandalara öz təşəkkürümüzü bildirir, «İnter» komandasına isə bu ilin oktyabr ayının 8-12 tarixləri arası Braziliyada keçirikəcək Beynəlxalq Danone Kubokunda uğurlar diləyir və orada da vətənimizi layiqincə təmsil edəcəyini təmənni edirik.
Son vəsiqənin sahibi «XUDAFƏRİN» oldu
Final mərhələsi bu ilin sentyabr ayında Braziliyada təşkil olunacaq «Danone Beynəlxalq Kuboku»nda ölkəmizi təmsil edəcək komandanı müəyyənləşdirmək sonuncu seçmə mərhələ oyunları keçirilib. Bakı Futbol Federasiyasının və Bakı Kəndlər Futbol Federasiyasının təşkilatçılığı ilə Olimpiya Yığma Komandalarının Təlim-Məşq Mərkəzində keçirilən turnirdə 16 komanda iştirak edib. Komandalar 4 qrupda mübarizə aparıblar. Qrup qalibləri yarımfinal mərhələsinə yüksəlib. Finala vəsiqə uğrunda oyunda «Xudafərin» «Sülhə», «Suraxanı» isə «Xəzri»yə eyni hesabla – 1:0 – qalib gəlib. Finalda «Xudafərin» «Suraxanı» komandasının qapısından 3 cavabsız top keçirib. Oyunlar başa çatdıqdan sonra bütün komandalara AFFA tərəfindən idman geyim dəstləri və «Danone» şirkətinin məhsulları hədiyyə olunub. Beləliklə, iyunun 13-14-də Bakıda keçiriləcək Azərbaycan birinciliyində iştirak edəcək komandalar müəyyənləşib: Mərkəz Regional Futbol Federasiyası: «İmişli» Gəncə Futbol Federasiyası: «Toxucu» Qarabağ Regional Futbol Federasiyası: «Pambıqçı» Şimal-Qərb Regional Futbol Federasiyası: «Mingəçevir-2» Qərb Regional Futbol Federasiyası: «Təhsil» Şimal Regional Futbol Federasiyası: İOEUGİM Cənub Regional Futbol Federasiyası: «Xəzər-92» Naxçıvan Futbol Federasiyası: «Şərur» Bakı Futbol Federasiyası və Bakı Kəndlər Futbol Federasiyası: «Xudafərin» Xatırladaq ki, yarışda 11-12 yaşlı (1 yanvar 1997-ci il tarixdən 31 dekabr 1998-ci il tarixədək təvəllüdlü) uşaqlar iştirak edir. Regionda qalib olmuş komandalar və Premyer Liqa klublarının nəzdindəki müvafiq yaş qrupundan ibarət komandaların mübarizə aparacağı Azərbaycan birinciliyinin qalibi «Danone Beynəlxalq Kuboku» futbol turnirində ölkəmizi təmsil etmək hüququ qazanacaq.
Final mərhələsi bu ilin sentyabr ayında Braziliyada təşkil olunacaq «Danone Beynəlxalq Kuboku»nda ölkəmizi təmsil edəcək komandanı müəyyənləşdirmək üçün növbəti seçmə mərhələ oyunları keçirilib. Naxçıvan Regional Futbol Federasiyasının təşkilatçılığı ilə Naxçıvan şəhərində keçirilən turnirdə 11 komanda mübarizə aparıb. Şərururun «Şərur» və Culfa komandaları finala yüksəliblər. Həlledici oyun 2:1 hesabı ilə «Şərur»-un xeyrinə başa çatıb. Oyunlar başa çatdıqdan sonra bütün komandalara AFFA tərəfindən idman geyim dəstləri və «Danone» şirkətinin məhsulları hədiyyə olunub.
Beləliklə, Bakıda keçiriləcək seçmə mərhələ oyunlarında iştirak edəcək səkkizinci regional komanda da müəyyənləşib. Xatırladaq ki, Mərkəz Regional Futbol Federasiyasında keçirilən seçmə turnirdə İmişli komandası, Gəncə Futbol Federasiyasının təşkil etdiyi yarışda «Toxucu», Qarabağ Regional Futbol Federasiyasının seçmə oyunlarında «Pambıqçı», Şimal-Qərb Regional Futbol Federasiyasının təşkil etdiyi turnirdə «Mingəçevir-2», Qərb Regional Futbol Federasiyasının seçmə oyunlarında «Təhsil», Şimal Regional Futbol Federasiyasının təşkil etdiyi yarışda isə İOEUGİM qalib gələrək növbəti mərhələyə yüksəlmişdi.
Regionlardakı növbəti seçmə mərhələ oyunları mayın 31-də Bakı Futbol Federasiyasının təşkilatçılığı ilə Bakı şəhərində keçiriləcək. Xatırladaq ki, yarışda 11-12 yaşlı (1 yanvar 1997-ci il tarixdən 31 dekabr 1998-ci il tarixədək təvəllüdlü) uşaqlar iştirak edir və regionda qalib olmuş komandalar sonrakı mərhələdə Bakıda Premyer Liqa klublarının nəzdindəki müvafiq yaş qrupundan ibarət 14 komandanın mübarizə aparacağı Azərbaycan birinciliyində iştirak edəcək. Bu mərhələnin qalibi «Danone Beynəlxalq Kuboku» futbol turnirində Azərbaycanı təmsil etmək hüququ qazanacaq.
Final mərhələsi bu ilin sentyabr ayında Braziliyada təşkil olunacaq «Danone Beynəlxalq Kuboku»nda ölkəmizi təmsil edəcək komandanı müəyyənləşdirmək üçün növbəti seçmə mərhələ oyunları keçirilib. Cənub Regional Futbol Federasiyasının təşkilatçılığı ilə Yardımlı rayonunda keçirilən turnirdə 14 komanda mübarizə aparıb. Lənkəranın «Xəzər-92» və Astara komandaları finala yüksəliblər. Həlledici oyun 6:1 hesabı ilə «Xəzər-92»-nin xeyrinə başa çatıb. Oyunlar başa çatdıqdan sonra bütün komandalara AFFA tərəfindən idman geyim dəstləri və «Danone» şirkətinin məhsulları hədiyyə olunub.
Beləliklə, Bakıda keçiriləcək seçmə mərhələ oyunlarında iştirak edəcək yeddinci regional komanda da müəyyənləşib. Xatırladaq ki, Mərkəz Regional Futbol Federasiyasında keçirilən seçmə turnirdə İmişli komandası, Gəncə Futbol Federasiyasının təşkil etdiyi yarışda «Toxucu», Qarabağ Regional Futbol Federasiyasının seçmə oyunlarında «Pambıqçı», Şimal-Qərb Regional Futbol Federasiyasının təşkil etdiyi turnirdə «Mingəçevir-2», Qərb Regional Futbol Federasiyasının seçmə oyunlarında «Təhsil», Şimal Regional Futbol Federasiyasının təşkil etdiyi yarışda isə İOEUGİM qalib gələrək növbəti mərhələyə yüksəlmişdi. Regionlardakı növbəti seçmə mərhələ oyunları mayın 16-17-də Naxçıvan Futbol Federasiyasının təşkilatçılığı ilə Naxçıvan şəhərində keçiriləcək.
Xatırladaq ki, yarışda 11-12 yaşlı (1 yanvar 1997-ci il tarixdən 31 dekabr 1998-ci il tarixədək təvəllüdlü) uşaqlar iştirak edir və regionda qalib olmuş komandalar sonrakı mərhələdə Bakıda Premyer Liqa klublarının nəzdindəki müvafiq yaş qrupundan ibarət 14 komandanın mübarizə aparacağı Azərbaycan birinciliyində iştirak edəcək. Bu mərhələnin qalibi «Danone Beynəlxalq Kuboku» futbol turnirində Azərbaycanı təmsil etmək hüququ qazanacaq.
Final mərhələsi bu ilin sentyabr ayında Braziliyada təşkil olunacaq «Danone Beynəlxalq Kuboku»nda ölkəmizi təmsil edəcək komandanı müəyyənləşdirmək üçün növbəti seçmə mərhələ oyunları keçirilib. Şimal Regional Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə 8 rayonu təmsil edən 12 komanda mübarizə aparıb. Komandalar hərəsində 6 komanda olmaqla 2 qrupa bölünüblər. Qrup liderləri olan «IOEUGIM (Sumqayıt)» və «Abşeron (Qobustan)» komandaları finala yüksəliblər. Həlledici oyunda 1:0 hesabı ilə «IOEUGIM» komandası qalib gəlib. Oyunlar başa çatdıqdan sonra bütün komandalara AFFA tərəfindən idman geyim dəstləri və «Danone» şirkətinin məhsulları hədiyyə olunub.
Beləliklə, Bakıda keçiriləcək seçmə mərhələ oyunlarında iştirak edəcək altıncı komanda da müəyyənləşib.Regionlardakı növbəti seçmə mərhələ oyunları mayın 09-10-da Cənub Regional Futbol Federasiyasının təşkilatçılığı ilə Lənkəran şəhərində keçiriləcək.
Final mərhələsi bu ilin sentyabr ayında Braziliyada təşkil olunacaq «Danone Beynəlxalq Kuboku»nda ölkəmizi təmsil edəcək komandanı müəyyənləşdirmək üçün növbəti seçmə mərhələ oyunları keçirilib. Şimal-Qərb Regional Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə 9 rayon və şəhəri təmsil edən 10 komanda mübarizə aparıb. Komandalar hərəsində 5 komanda olmaqla 2 qrupa bölünüblər. Qrup liderləri olan «Qəbələı» və «Mingəçevir-2» komandaları finala yüksəliblər. Həlledici oyunda 2:0 hesabı ilə «Mingəçevir-2» komandası qalib gəlib. Oyunlar başa çatdıqdan sonra bütün komandalara AFFA tərəfindən idman geyim dəstləri və «Danone» şirkətinin məhsulları hədiyyə olunub. Beləliklə, Bakıda keçiriləcək seçmə mərhələ oyunlarında iştirak edəcək dördüncü regional komanda da müəyyənləşib. Xatırladaq ki, Mərkəz Regional Futbol Federasiyasında keçirilən seçmə turnirdə İmişli komandası, Gəncə Futbol Federasiyasının təşkil etdiyi yarışda «Toxucu» komandası, Qarabağ Regional Futbol Federasiyasının seçmə oyunlarında isə «Pambıqçı» komandası qalib gələrək növbəti mərhələyə yüksəlmişdi. Regionlardakı növbəti seçmə mərhələ oyunları aprelin 25-26-da Qərb Regional Futbol Federasiyasının təşkilatçılığı ilə Ağstafa şəhərində keçiriləcək.
Final mərhələsi bu ilin sentyabr ayında Braziliyada təşkil olunacaq «Danone Beynəlxalq Kuboku»nda ölkəmizi təmsil edəcək komandanı müəyyənləşdirmək üçün növbəti seçmə mərhələ oyunları keçirilib. Şimal-Qərb Regional Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə 9 rayon və şəhəri təmsil edən 10 komanda mübarizə aparıb. Komandalar hərəsində 5 komanda olmaqla 2 qrupa bölünüblər. Qrup liderləri olan «Qəbələı» və «Mingəçevir-2» komandaları finala yüksəliblər. Həlledici oyunda 2:0 hesabı ilə «Mingəçevir-2» komandası qalib gəlib. Oyunlar başa çatdıqdan sonra bütün komandalara AFFA tərəfindən idman geyim dəstləri və «Danone» şirkətinin məhsulları hədiyyə olunub.
Beləliklə, Bakıda keçiriləcək seçmə mərhələ oyunlarında iştirak edəcək dördüncü regional komanda da müəyyənləşib. Xatırladaq ki, Mərkəz Regional Futbol Federasiyasında keçirilən seçmə turnirdə İmişli komandası, Gəncə Futbol Federasiyasının təşkil etdiyi yarışda «Toxucu» komandası, Qarabağ Regional Futbol Federasiyasının seçmə oyunlarında isə «Pambıqçı» komandası qalib gələrək növbəti mərhələyə yüksəlmişdi.
Regionlardakı növbəti seçmə mərhələ oyunları aprelin 25-26-da Qərb Regional Futbol Federasiyasının təşkilatçılığı ilə Ağstafa şəhərində keçiriləcək.
Final mərhələsi bu ilin sentyabr ayında Braziliyada təşkil olunacaq «Danone Beynəlxalq Kuboku»nda ölkəmizi təmsil edəcək komandanı müəyyənləşdirmək üçün növbəti seçmə mərhələ oyunları keçirilib. Qarabağ Regional Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə 6 rayonu təmsil edən 8 komanda mübarizə aparıb. Komandalar hərəsində 4 komanda olmaqla 2 qrupa bölünüblər. Qrup liderləri olan «Pambıqçı» və «Naftalan» komandaları finala yüksəliblər. Həlledici oyunda 1:0 hesabı ilə «Pambıqçı» komandası qalib gəlib. Oyunlar başa çatdıqdan sonra bütün komandalara AFFA tərəfindən idman geyim dəstləri və «Danone» şirkətinin məhsulları hədiyyə olunub.
Beləliklə, Bakıda keçiriləcək seçmə mərhələ oyunlarında iştirak edəcək üçüncü komanda da müəyyənləşib. Xatırladaq ki, Mərkəz Regional Futbol Federasiyasında keçirilən seçmə turnirdə İmişli komandası, Gəncə Futbol Federasiyasının təşkil etdiyi yarışda isə «Toxucu» komandası qalib gələrək növbəti mərhələyə yüksəlmişdi.
Regionlardakı növbəti seçmə mərhələ oyunları aprelin 18-19-da Şimal-Qərb Regional Futbol Federasiyasının təşkilatçılığı ilə Mingəçevir şəhərində keçiriləcək.
Turnirdə iştirak etmək istəyən regionlardakı komandalar sənədlərini həmin ərazidəki Regional Futbol Federasiyasına, Bakıdakı komandalar isə AFFA-ya təqdim edə bilərlər. Sənədlərin təqdim olunması üçün müddət martın 1-dən 18-ə qədərdir. Regionlardakı seçmə mərhələ oyunlarına martın 28-də İmişli rayonunda start veriləcək.